Marselo "Çelsi" ilə matçı buraxacaq - İdman Xəbərləri | Tatli.Biz
Marselo "Çelsi" ilə matçı buraxacaq - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Marselo "Çelsi" ilə matçı buraxacaq

Marselo "Çelsi" ilə matçı buraxacaq

[28.04.2021]
Marselo "Çelsi" ilə matçı buraxacaq "Real"ın futbolçusu Marselo Çempionlar Liqasının yarımfinalında "Çelsi" ilə cavab matçını buraxacaq.
Qol.az xəbər verir ki, bu barədə "El Mundo" məlumat yayıb. 32 yaşlı müdafiəçi sözügedən qarşılaşmadan 1 gün əvvəl keçiriləcək Madrid məclisinə seçkilərdə nəzarət komissiyasının üzvü kimi iştirak edəcək. Marselo seçkilərdə iştirak etməməsi üçün səlahiyyətləri şəxslərlə danışıqlar aparmağa çalışır. Lakin o, rədd cavabı alır. Buna görə də Marselo mayın 4-də "Çelsi" ilə Londondakı görüşü buraxacaq.
Braziliyalı oyunçu 2011-ci ildə İspaniya vətəndaşlığı alıb.
Qeyd edək ki, "Çelsi" - "Real" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Komandalar arasında ilk oyun 1:1 hesablı heç-heçə ilə nəticələnib.



Dostlarınla Paylaş

Saytda 84 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022