"Açıq futbol oynasaydıq, Mbappe və Neymar bizi öldürərdi" - Qvardiola - İdman Xəbərləri
Tatli.Biz

"Açıq futbol oynasaydıq, Mbappe və Neymar bizi öldürərdi" - Qvardiola - İdman Xəbərləri


Ən yeni idman xəbərləri

"Açıq futbol oynasaydıq, Mbappe və Neymar bizi öldürərdi" - Qvardiola

"Açıq futbol oynasaydıq, Mbappe və Neymar bizi öldürərdi" - Qvardiola

[29.04.2021]
"Açıq futbol oynasaydıq, Mbappe və Neymar bizi öldürərdi" - <b style="color:red">Qvardiola</b> “Oyuna yaxşı başladıq, amma təzyiq hiss etdik.  Futbolçuların çoxu üçün bu, ilk Çempionlar Liqası yarımfinalı idi və onlar əllərindən gələni etmək istəyirdi. Birinci hissənin son 10 dəqiqəsi pis olmadı. Fasilədən sonra hər cəhətdən əla oynadıq. Səfərdə iki qol vurduq. 6 gün ərzində bizi çətin oyun gözləyir".
Qol.az xəbər verir ki, bu sözləri "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının yarımfinalında səfərdə PSJ-yə 2:1 hesabı ilə qalib gəldikləri ilk oyundan sonra deyib.
"Bəzən biraz rahatlaşmalı və özün kimi olmalısan. İlk hissədə baş verənlər normaldır, topu itirmək istəmirdik. Ancaq sonra təzyiqimizi bir az gücləndirdik, daha aqressiv olduq. Əlbəttə ki, Mbappe, Neymar , Di Mariyaya qarşı oynamaq asan deyil" - deyə o bildirib.
Qvardiola komandasının oyunundan razı qaldığını söyləyib: "İki qol vurduq və daha çox fərqlənə bilərdik. Oyunumuzdan razıyam, ancaq yolun yarısı geridə qalıb. Qarşıda daha 90 dəqiqə bizi gözləyir. PSJ yaxşı komandadır, hər şey ola bilər. Dortmund "Borussiya"sı ilə oyunda da qol buraxdıq, amma yekun da qalib gəldik. Bu matçda da eyni şey oldu. İkinci hissədə özümüzdə idik".

50 yaşlı mütəxəssis bildirib ki, açıq futbol nümayiş etdirsəydilər, Neymar və Mbappe onları öldürərdi: "Onların "Bavariya"ya nələr etdiklərini gördük. Buna görə təzyiqi bir az aşağı salmalı idik. Rəqib boşluqdan bizdən 10 dəfə yaxşı istifadə edir. Oyunçularım matçdan sonra sakit qaldıqları üçün xoşbəxtəm. Çünki iki oyunun olduğu bir mərhələdə hər şeyin ola biləcəyini bilirik".



Dostlarınla Paylaş

"Açıq futbol oynasaydıq, Mbappe və Neymar bizi öldürərdi" - Qvardiola - İdman Xəbərlərini oxuya bilərsiniz


idman xəbərləri, futbol, idman, topaz, "Açıq futbol oynasaydıq, Mbappe və Neymar bizi öldürərdi" - Qvardiola, nəticələr, inşa, bədii, bayatı, abdulla, molla, edebiyyat, layla, meqaleler, melumatlar, haqqinda, abbas sehet, qoşma, şeir, azerbaycan, android, axtar, yeni, "Açıq futbol oynasaydıq, Mbappe və Neymar bizi öldürərdi" - Qvardiola - İdman Xəbərləri, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Qadın ve cemiyyet, Tanınmış qadın simalar, Huquq və qadın haqları, Qadın və din, Qadın və texnologiya, Qadın və təhsil, Şəxsi inkişaf, Fitnes ve pehriz, Pəhriz (diet), Arıqlama sirləri, Şəxsi təcrubə, Fitness, Sellulit, Arıqlama vasitələri, Kokəlmə sirləri, Sağlamliq, Sağlamlıq xəbərləri, Qadın xəstəlikləri, Duzgun qidalanma, Xalq təbabəti, Aroma və fitoterapiya, Kontrasepsiya və abort, Menstruasiya, Masaj

Saytda 151 nəfər
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021