"Mançester Siti"dən rekord - İdman Xəbərləri | Tatli.Biz
"Mançester Siti"dən rekord - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Mançester Siti"dən rekord

"Mançester Siti"dən rekord

[29.04.2021]
"Mançester Siti"dən rekord "Mançester Siti" Çempionlar Liqasında rekorda imza atıb.
Qol.az "Squawka"ya istinadən xəbər verir ki, "şəhərlilər" bunu ötən gecə PSJ-yə qalib (2:1) gəlməklə nail olublar. Komanda bu mövsüm turnirdə qazandığı qələbələrin sayını 10-a çatdırıb. Beləliklə, "Mançester Siti" Çempionlar Liqasının 1 mövsümündə 10 dəfə qalib gəlməyi bacaran ilk İngiltərə klubu olub.
Premyer Liqa təmsilçisi "Portu"nu 1 dəfə (3:1), "Olimpiakos"u 2 dəfə (3:0, 1:0), "Marsel"i 2 dəfə (3:0, 3:0), Münhenqladbax "Borussiya"sını 2 dəfə (2:0, 2:0), Dortmund "Borussiya"sını 2 dəfə (2:1, 2:1) və PSJ-ni 1 dəfə (2:1) məğlub edib. Komanda mövsümdə cəmi 1 oyunda - "Portu" ilə qrup mərhələsi görüşündə heç-heçə edib (0:0).
Qeyd edək ki, "Mançester Siti" ilə PSJ arasında cavab görüşü mayın 4-ü Bakı vaxtı ilə 23:00-da başlayacaq.



Dostlarınla Paylaş

Saytda 148 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022