Ramos son şərtlərini rəhbərliyə bildirdi - İdman Xəbərləri
Ən yeni idman xəbərləri
Ramos son şərtlərini rəhbərliyə bildirdi
Ramos son şərtlərini rəhbərliyə bildirdi
[29.04.2021] "Real"ın kapitanı Serxio Ramos klubda qalmaq istəyir.
Qol.az "ABC"yə istinadən xəbər verir ki, ispan müdafiəçi Madrid təmsilçisi oynamağa davam etməyə hazır olduğu son şərtləri rəhbərliyə bildirib. O, 2022/2023 mövsümünün sonuna qədər müqavilə imzalamaq istəyir. Buna görə 35 yaşlı futbolçu maaşının 10 faiz azaldılmasına razıdır.
Qeyd edək ki, Ramosun "Real"la hazırkı müqaviləsi bu ilin iyununda başa çatır.