Ronaldodan mənəvi təzminat tələb edir - İdman Xəbərləri | Tatli.Biz
Ronaldodan mənəvi təzminat tələb edir - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Ronaldodan mənəvi təzminat tələb edir

Ronaldodan mənəvi təzminat tələb edir

[29.04.2021]
Ronaldodan mənəvi təzminat tələb edir “Yuventus”un futbolçusu Kriştiano Ronaldonun model Ketrin Mayorqaya təcavüz etməsi ilə bağlı yeni iddialar gündəmə gəlib.
Qol.az xəbər verir ki, goal.com-un yaydığı məlumata görə, Mayorqa Ronaldodan təzminat tələb etmək üçün məhkəməyə müraciət edəcək.
Daha əvvəl məhkəmə təcavüzlə bağlı heç bir dəlil tapılmadığı üçün 36 yaşlı hücumçunu məsuliyyətə cəlb etməmişdi. Lakin Mayorqa bu qərarla razı deyil. O, portuqaliyalı oyunçudan 56 milyon funt sterlinq məbləğində təzminat tələb etməyə hazırlaşır. 
Qeyd edək ki, Ronaldonun 2009-cu ildə Mayorqaya təcavüz etməsi və ona susması qarşılığında 375 min avro verməsi ilə bağlı iddialar yayılmışdı. Ancaq 36 yaşlı oyunçu bu iddiaları təkzib etmişdi.



Dostlarınla Paylaş

Saytda 23 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022