"Mançester Yunayted" heç vaxt onları ala bilməzdi" - İdman Xəbərləri | Tatli.Biz
"Mançester Yunayted" heç vaxt onları ala bilməzdi" - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Mançester Yunayted" heç vaxt onları ala bilməzdi"

"Mançester Yunayted" heç vaxt onları ala bilməzdi"

[29.04.2021]
"Mançester Yunayted" heç vaxt onları ala bilməzdi" "Mançester Yunayted"in sabiq baş məşqçisi Lui van Qal klubda işlədiyi dövrlərdə transfer etmək istədiyi ən yaxşı 10 futbolçunun adını çəkib.
Qol.az xəbər verir ki, "qırmızı şeytanlar"ı 2014-2016-cı illər çalışdıran 69 yaşlı mütəxəssis "FourFourTwo"ya açıqlamasında deyib:
"Robert Levandovski ilə müqavilə bağlamaq istədim. Ancaq iş çətinləşəndə Qonzalo İquaini almağa çalışdım. "Mançester Yunayted"də işə başlamazdan əvvəm rəhbərliklə Neymar barədə də danışmışdım. Belə bir klubda işləyəndə qarşına böyük  hədəflər qoyursan. Həm forma satışı tərəfdən maraqlı seçim idi, həm də sürətli cinah oyunçusu istəyirdim. Buna görə də Neymarla yanaşı, Sadio Mane və Riyad Marezi transfer etməyə çalışdım. Siyahımda Tomas Müller də var idi. Yarımmüdafiənin mərkəzində isə Nqolo Kanteni görmək istəyirdim. Təcrübəli bir futbolçu və liderlik keyfiyyətlərinə sahib bir şəxs kimi Tomas Milnerlə müqavilə bağlamağı planlaşdırırdım. Həmçinin Serxio Ramos və Mats Hummelsi də almaq istəyirdim. Çünki hücumlarımızın başlaması üçün lazım olan müdafiə sistemimiz yaxşı deyildi. Bu oyunçular mənim əsas hədəflərim idi. Amma bir məşqçi kimi danışıqlarda iştirak etmirdim. Mən klubdan ayrıldıqdan sonra Marez və Kante kimi oynuçular "Mançester Siti" və "Çelsi"yə getdilər. "Mançester Yunayted" heç vaxt onları ala bilməzdi".



Dostlarınla Paylaş

Saytda 59 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022