"Biz bunu haqq edirik" - Ayxan Abbasov - İdman Xəbərləri
Tatli.Biz

"Biz bunu haqq edirik" - Ayxan Abbasov - İdman Xəbərləri


Ən yeni idman xəbərləri

"Biz bunu haqq edirik" - Ayxan Abbasov

"Biz bunu haqq edirik" - Ayxan Abbasov

[29.04.2021]
"Biz bunu haqq edirik" - <b style="color:red"> Ayxan Abbasov</b> "Final oyununa görə mübarizə gedirdi. Çətin rəqibimiz var idi. Həqiqətən çox sevinirik. İkinci dəfədir ki, finala çıxırıq. Komanda olaraq buna inanırdıq".

Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun yarımfinalında "Qarabağ"a penaltilərlə qalib gələrək (5:4) finala çıxdıqları oyundan sonra mətbuat konfransında deyib.

- Hər iki cəbhədə mübarizə aparırıq. Bu heç də asan deyil. İlk oyunda 7 əsas futbolçumuz yox idi. Komandada əzmkarlıq gördüm. Taktiki cəhətdən hər şey qaydasında idi. Oyun ərzində bir neçə qol imkanımız olsa da fürsətləri dəyərləndirə bilmədik. Hər kəsi təbrik edirəm. Çempionat davam edir, bu son deyil. Çalışacağıq ki, uğurlu sonluq olsun. Biz bunu haqq edirik. "Qarabağ"a da uğurlar arzu edirəm.

- Sanki komanda üzvləri sizdən çox sevinirdi...
- Deməzdim.. Mənim üçün böyük qələbədir. Futbolçularımı soyunub-geyinmə otağında gözləyirdim ki, təbrik edim. Ola bilsin oyunun stresi var idi.
- Qapıçı Aydın Bayramov əsas heyətdə yerini haqq etdi. Siz də belə düşünürsünüz?
- Statistikaya nəzər yetirsək, demək olar hər iki qapıçımız eyni sayda oyun keçirib. Onlar ikisi də millinin üzvüdür. Bu qapıçılar Azərbaycan çempionatında çox oyun keçiriblər. Hər iki qapıçıya inanırıq. Aydın demişdim ki, kubokda finala vəsiqə qazansaq, finalda da sən qapıda olacaqsan.  O yerini haqq etdi.

- Elvin Məmmədov penaltini qaçıranda hansı hissləri keçirdiniz?
- Penalti seriyası çox həssas məqamdır. Penaltini vuran əsas futbolçular müəyyən səbəblərdən meydanda deyildi. Əli, Rəhim, Mehdi yox idi. Meydanda əsasən müdafiəçilər idi. Hər bir futbolçu penaltini qaçıra bilərdi. Məğlub da ola bilərdik. Amma Elvin özünü yaxşı tərəfdən göstərdi.

- Penaltilərdən əvvəl Aydın Bayramova hansı tövsiyyələri verdiniz?
- İnamımız var idi ki, Aydın bizə kömək edəcək. Məşqlərdə özünü yaxşı tərəfdən göstərmişdi. O məqamda qapıçıya hansısa tövsiyyəni vermək düzgün olmaz.
- Sanki ilk dəqiqələrdən oyunu penalti seriyasına daşımaq istəyirdiniz.
- İlk olaraq məqsəd uduzmamaq idi. Bilirdik ki, 1 qol bizi finala apara bilər. Biz 1 qol vursaydıq, rəqib 2 qol vurmalı idi. Oyun ərzində bir neçə epizod əldə etdik, amma futbolçular yorulmuşdu. Çempionatın sıx qrafikində oynayırıq, əlavə 30 dəqiqə oynamaq asan deyil. Amma yenə də penalti seriyasında şansınımızı yoxlamaq istəyirdik.
- İkinci dəfədir ki, finala vəsiqə qazandınız. İlk finalda "Qəbələ"yə məğlub olmuşdunuz. Buna görə futbolçuları psixoloji cəhətdən kökləmək çətin olmayacaq?
- O vaxt rəqib "Qəbələ" idi, bizdən daha təcrübəli idilər. 3 il dalbadal final oyanmışdılar. Bu il isə bizim təcrübəmiz var. Rəqibimiz də axşam bilinəcək.
- Siz hansı rəqibin qalib olmasını istəyirsiniz?
- Bu suala cavab verməyim düzgün olmaz



Dostlarınla Paylaş

"Biz bunu haqq edirik" - Ayxan Abbasov - İdman Xəbərlərini oxuya bilərsiniz


idman xəbərləri, futbol, idman, topaz, "Biz bunu haqq edirik" - Ayxan Abbasov, nəticələr, inşa, bədii, bayatı, abdulla, molla, edebiyyat, layla, meqaleler, melumatlar, haqqinda, abbas sehet, qoşma, şeir, azerbaycan, android, axtar, yeni, "Biz bunu haqq edirik" - Ayxan Abbasov - İdman Xəbərləri, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Islam Aləmi, Qurani Kerim, Online Xəritə, Rəsədxana, Oxu zalı, Hazır Smslər, Ilimiz 2021, Gundəlik, Futbol Nəticələri, Idman Xəbərləri, Gundəlik Burclər, Valyuta Məzənnəsi, Qarışıq Bolmələr, Online Tərcumə, Adların Mənası

Saytda 170 nəfər
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021