"Zirə"də 5 nəfərə "qırmızı vərəqə" göstərilib - Video - İdman Xəbərləri | Tatli.Biz
"Zirə"də 5 nəfərə "qırmızı vərəqə" göstərilib - Video - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Zirə"də 5 nəfərə "qırmızı vərəqə" göstərilib - Video

"Zirə"də 5 nəfərə "qırmızı vərəqə" göstərilib - Video

[30.04.2021]
"Zirə"də 5 nəfərə "qırmızı vərəqə" göstərilib - <b style="color:red">Video</b> Azərbaycan kubokunda "Zirə" və "Keşlə" komandaları arasında keçirilmiş yarımfinal mərhələsinin qalmaqallı cavab görüşünün protokolu açıqlanıb.
Baş hakim Elçin Məsiyev 11 futbolçuya sarı vərəqə göstərib. Bu vərəqələrdən 6-sı meydan sahiblərinin, 5-i qonaqların futbolçularına göstərilib. Bundan başqa "Zirə"dən Lazar Corceviç 88-ci dəqiqədə təcavüzkar davranışa görə birbaşa, Sərtan Taşkın isə oyundan sonra ikinci sarı vərəqəni alaraq, meydandan qovulub. Digər tərəfdən, qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov, onun köməkçiləri Eltun Yaqublu və Hacı Əhmədov 90-cı dəqiqədə hakimin qərarına etiraz etmələri səbəbindən qırmızı vərəqə alıb.
Qeyd edək ki, görüş "Keşlə"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb (report).
Lazar Corveviç bu hərəkətinə görə "qırmızı" alıb. Bu vəziyyətdə penaltinin olub-olmadığını deməyi oxucuların ixtiyarına buraxırıq.





Dostlarınla Paylaş

Saytda 70 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022