"Traktor"dan ÇL-də vacib qələbə - Video - İdman Xəbərləri
Ən yeni idman xəbərləri
"Traktor"dan ÇL-də vacib qələbə - Video
"Traktor"dan ÇL-də vacib qələbə - Video
[30.04.2021] Təbrizin "Traktor" klubu Asiya Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Qol.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi səfərdə Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Şərcə" klubu ilə qarşılaşıb. "Traktor" qrup lideri ilə görüşdə vacib qələbə qazanıb - 2:0. Məhəmməd Abbaszadə dubl edib.
Bu nəticədən sonra "al qurdlar" 10 xalla qrupda 2-ci, "Əl-Şərcə" 11 xalla ilk pillədə qərarlaşıb.