Suares: “Barselona”dan getmək Messi üçün yaxşı addım olmayacaq” - İdman Xəbərləri | Tatli.Biz
Suares: “Barselona”dan getmək Messi üçün yaxşı addım olmayacaq” - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Suares: “Barselona”dan getmək Messi üçün yaxşı addım olmayacaq”

Suares: “Barselona”dan getmək Messi üçün yaxşı addım olmayacaq”

[30.04.2021]
Suares: “Barselona”dan getmək Messi üçün yaxşı addım olmayacaq” "Atletiko"nun futbolçusu Luis Suares sabiq komanda yoldaşı Lionel Messinin "Barselona"dan mümkün ayrılığı haqqında danışıb.
Qol.az "Sport.es"ə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu deyib: “Messi məndən məsləhət istəsəydi, bir dost kimi ona deyərdim ki, “Barselona"dan başqa heç bir komandada çıxış etməsin. Bu kubdan getmək qərarı onun üçün yaxşı bir addım olmayacaq. Ancaq Messi qərarı təkbaşına verməlidir. Ən yaxşı ssenari karyerasını üç, dörd, beş və ya altı il ərzində ən xoşbəxt olduğu yerdə bitirməkdir. "Barselona" Messiyə hər şeyi verən komandadır və Messi də bu komanda üçün hər şey edib".
Qeyd edək ki, Messinin "Barselona" ilə sözləşməsi bu yay başa çatacaq. Tərəflər yeni müqavilə ilə bağlı razılığa gəlməyib.



Dostlarınla Paylaş

Saytda 112 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022