“Bilirdik ki, sanki müharibəyə gedirik” - Şəhriyar Əliyev - İdman Xəbərləri
Tatli.Biz

“Bilirdik ki, sanki müharibəyə gedirik” - Şəhriyar Əliyev - İdman Xəbərləri

adban.su

Ən yeni idman xəbərləri

“Bilirdik ki, sanki müharibəyə gedirik” - Şəhriyar Əliyev

“Bilirdik ki, sanki müharibəyə gedirik” - Şəhriyar Əliyev

[30.04.2021]
“Bilirdik ki, sanki müharibəyə gedirik” - <b style="color:red">Şəhriyar Əliyev </b> "Keşlə"nin müdafiəçisi Şəhriyar Əliyev Azərbaycan kubokunun yarımfinalında səfərdə "Zirə"yə 3:2 hesablı qalib gəldiyi oyunda sonra Qol.az saytına müsahibə verib
- Matç haqda haqda fikirlərin necədir?
- Maraqlı oyun oldu. Oyundan öncə bilirdik ki, sanki müharibəyə gedirik. Kim yaxşı mübarizə aparıb, can qoysa, o da qalib gələcəkdi. Qol buraxsaq işimiz daha ağır olacaqdı. Çünki rəqib meydanda daha 2 qol vurmalı idik. Şükürlər olsun, oyunda 2 qol vurub əlavə vaxta daşıya bildik. Əlavə vaxtda da qol vurub layiqli qələbə qazandıq.
- Avtoqol vuranda sonra hansı hissləri keçirdin?
- Dediyim kimi, onsuz da qol buraxsaydıq, yenə 2 qol vurmalı idik. Şansız qol oldu. Sırf avtoqol tipli bir qol deyildi. Rəqib oyunçunun ötürməsini zərərsizləşdirəndə top ayağıma dəyib qapıya daxil oldu. Bəlkə o qol bizi yuxudan ayıltdı. Bütün bunları nəzərə alıb oyuna çıxmışdıq. Məqsəd ancaq qələbə idi.
- Geri dönüşə nə qədər inanırdınız?
- "Səbail"lə oyunda bizə 1 qələbə lazım idi ki, "qara zolaq"dan çıxaq. Son məşqlərdə Sənan müəllim bizi çox inandırmışdı ki, qalib gələcəyik. O dərəcədə inanırdıq ki, qalib olacağımızı əvvəldən bilirdik. Bu, bir daha görstərdi ki, istək, inam olan yerdə istənilən rəqibə qalib gəlmək olar. Əsas budur.
- Əsas vaxtın sonlarında ara qarışdı.
- Həmin epizodu hakim görürdü. Sözün düzü icmala baxmamışam, indi nəsə deyə bilmirəm. Yan xətt hakim oyunu görürdü, onun qərarına inanıram.
- Rəqibi necə təhlil etmişdiniz?
- Bu suala baş məşqçimiz daha dolğun cavab verər. Amma Sənan müəllim hər komandaya qarşı yürütdüyü oyun üslubunu bizə başa salır, öz sirrlərini bizimlə bölüşür. Düzdür, verdiyi tapşırıqların icrasını 100 faiz olmasa da, 80 faiz yerinə yetirdik. Ona görə də qalib gəldik.
- Finalda "Sumqayıt"la oynayacaqsınız. Rəqibi necə dəyərləndirirsiniz?
- Bir komanda finala çıxırsa, deməli, layiqli rəqibdir. "Sumqayıt" həqiqətən bu çempionatda gözəl oyun sərgiləyir. Onlar çox əzmkar komandadır. Yaxşı oyunçuları, yaxşı baş məşqçiləri var. Qarşıdakı çempionat oyunlarında çalışacağıq ki, final görüşünə qədər yüksək pilləyə qalxaq. Bu, əlavə motivasiya olacaq.
- Bu qələbə daxili çempionatdakı vəziyyətinizə nə dərəcədə təsir göstərəcək?
- Ötən həftə "Səbail"lə oyunda üstümüzdə çox böyük təzyiq vardı. Ancaq qalib gəlmək lazım idi. Neçə dəfə olub ki, oyunun sonlarında qol buraxmışıq. Həmin qolları buraxmasaydıq, bəlkə indi dördüncü pillədə biz idik. 5 oyun ardıcıl heç-heçə, buraxdığımız qollar həqiqətən psixoloji cəhətdən mənfi təsir göstərmişdi. "Səbail"ə oyundakı qələbə bizə çox kömək oldu. Nə qədər gücümüz varsa, çempionatda maksimum istifadə edəcəyik. 4 gündən bir oyun olacaq ki, bu da çox sıx qrafikdir. Həm süni örtüklü meydança, həm təbii ot amili əlavə yük verir. Yenə deyirəm, çalışırıq yuxarı pillələrə qalxaq. Bilirdik ki, avrokuboklara vəsiqə qazanmaq üçün kubokda yaxşı nəticə göstərmək lazım idi. Çempionatda isə hazırkı vəziyyətimizdə bu, real görünmürdü. Növbəti oyun "Neftçi"yə qarşıdır. İndidən bilirik ki, oyun ağır olacaq. Amma bu o demək deyil ki, əlimizi yanımıza salıb meydana çıxacağıq. Ən azı beşinci yeri təmin etmək istəyirik.

Ağa Dadaşzadə



Dostlarınla Paylaş

“Bilirdik ki, sanki müharibəyə gedirik” - Şəhriyar Əliyev - İdman Xəbərlərini oxuya bilərsiniz


idman xəbərləri, futbol, idman, topaz, “Bilirdik ki, sanki müharibəyə gedirik” - Şəhriyar Əliyev , nəticələr, inşa, bədii, bayatı, abdulla, molla, edebiyyat, layla, meqaleler, melumatlar, haqqinda, abbas sehet, qoşma, şeir, azerbaycan, android, axtar, yeni, “Bilirdik ki, sanki müharibəyə gedirik” - Şəhriyar Əliyev - İdman Xəbərləri, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Qadın ve cemiyyet, Tanınmış qadın simalar, Huquq və qadın haqları, Qadın və din, Qadın və texnologiya, Qadın və təhsil, Şəxsi inkişaf, Fitnes ve pehriz, Pəhriz (diet), Arıqlama sirləri, Şəxsi təcrubə, Fitness, Sellulit, Arıqlama vasitələri, Kokəlmə sirləri, Sağlamliq, Sağlamlıq xəbərləri, Qadın xəstəlikləri, Duzgun qidalanma, Xalq təbabəti, Aroma və fitoterapiya, Kontrasepsiya və abort, Menstruasiya, Masaj

Saytda 221 nəfər
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021