“Ayaks” baş məşqçisi ilə müqaviləni uzatdı - İdman Xəbərləri
Ən yeni idman xəbərləri
“Ayaks” baş məşqçisi ilə müqaviləni uzatdı
“Ayaks” baş məşqçisi ilə müqaviləni uzatdı
[30.04.2021] “Ayaks” baş məşqçisi Erik ten Haqla müqavilənin müddətini uzadıb.
Qol.az xəbər verir ki, bu haqda Amsterdam təmsilçisinin saytı məlumat yayıb. Onunla yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, 51 yaşlı Haq 2017-ci ilin sonlarından “Ayaks”da çalışır. O, bu mövsüm çempionluq tituli və ölkə kubokunu qazandırıb. 2018/19 mövsümündə isə onun rəhbərliyi altında komanda Çempionlar Liqasında yarımfinala yüksəlib.
Erik ten Haq “Tottenhem”in baş məşqçisi vəzifəsinə namizəd sayılırdı.