"Roma" baş məşqçisi ilə bağlı qərarını verdi - İdman Xəbərləri
Ən yeni idman xəbərləri
"Roma" baş məşqçisi ilə bağlı qərarını verdi
"Roma" baş məşqçisi ilə bağlı qərarını verdi
[01.05.2021] "Roma" bu mövsümün sonunda baş məşqçisi Paulu Fonsekanı istefaya göndərəcək.
Qol.az "Corriere della Sera"ya istinadən xəbər verirk i, klub rəhbərliyi portuqaliyalı mütəxəssislə yolları ayırmağa qərar verib. Bildirilib ki, rəhbərlik onu Avropa Liqasının 1/2 finalının ilk matçında "Mançester Yunayted"ə 2:6 hesablı məğlubiyyətdən (2: 6) sonra qovmaq istəyib. Ancaq sonra klub Fonsekanın yaya qədər çalışmasına icazə verib.
Qeyd edək ki, "Roma" A Seriyasında hazırda 55 xalla 7-ci pillədə qərarlaşıb.