Mahir "Legiya"nın təklifini qəbul etməyə hazırdır - Polşa mətbuatı - İdman Xəbərləri Mahir "Legiya"nın təklifini qəbul etməyə hazırdır - Polşa mətbuatı - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Mahir "Legiya"nın təklifini qəbul etməyə hazırdır - Polşa mətbuatı

Mahir "Legiya"nın təklifini qəbul etməyə hazırdır - Polşa mətbuatı

[01.05.2021]
Mahir "Legiya"nın təklifini qəbul etməyə hazırdır - <b style="color:red">Polşa mətbuatı</b> Polşanın "Legiya" klubu "Qarabağ"ın futbolçusu Mahir Emreli ilə birbaşa danışıqlara başlayıb.
Qol.az xəbər verir ki, bu barədə legia.net saytı məlumat yayıb.  Bildirilib ki, millimizin hücumçusu Varşava təmsilçisinin ona təklif etdiyi şərtləri qəbul etməyə hazırdır:
“Futbolçunun“ Qarabağ ”la müqaviləsi 2021-ci il iyunun sonunda başa çatır. O, Azərbaycanda qalmamağa qərar verib. Emreliyə Türkiyə, Rusiya, Macarıstan və Portuqaliya klublarından təkliflər var. Futbolçu "Legiya"nın ona təklif etdiyi şərtlərlə tanış olub və onları qəbul etməyə hazırdır. Emreli artıq müqavilə üçün ilkin təklif alıb, lakin hələ qəti qərar verməyib. Bu transferin reallaşma ehtimalı yüksəkdir. Futbolçu son keçid üçün müəyyən məbləğdə  pul tələb edir" - deyə sayt yazıb.
Yazıda "Legiya" azarkeşlərinin bu xəbəri coşğu ilə qarşıladığı vurğulanlıb. Xüsusilə, hücumçunun yaşı, onu yenidən satmaq imkanı, cari mövsümdəki statistikası, Avropa Liqasının və Çempionlar Liqasının əsas püşkatma oyunlarında müntəzəm performans təcrübəsi qiymətləndirilib.
Qeyd edək ki, M.Emreli bu mövsüm bütün turnirlərdə 28 oyunda 20 qol vurub, 4 qolun ötürməsini verib.
Xatırladaq ki, "Legiya" Polşa çempionatında 59 xalla 1-ci pillədə qərarlaşıb.



Dostlarınla Paylaş

Saytda 249 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022