"Atletiko" minimal hesabla qalib gəldi - İdman Xəbərləri
Ən yeni idman xəbərləri
"Atletiko" minimal hesabla qalib gəldi
"Atletiko" minimal hesabla qalib gəldi
[01.05.2021] "Atletiko" La Liqada növbəti matçına çıxıb.
Qol.az xəbər verir ki, Madrid təmsilçisi 33-cü turda "Elçe" ilə qarşılaşıb. Görüş "Atletiko"nun minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 23-cü dəqiqədə Markos Llorente vurub.
Qeyd edək ki, "Atletiko" hazırda turnir cədvəlində 73 xalla liderdir. "Elçe" isə 30 xalla 18-cidir.