Gəncədə heç-heçə, “Zaqatala” xal itirdi - İdman Xəbərləri
Ən yeni idman xəbərləri
Gəncədə heç-heçə, “Zaqatala” xal itirdi
Gəncədə heç-heçə, “Zaqatala” xal itirdi
[01.05.2021] Azərbaycan 1-ci Divizionunda 24-cü tura start verilib.
Qol.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub. “Qarabağ”ın əvəzediciləri səfərdə “Kəpəz”lə heç-heçəyə razılaşıb. İkinci pillədə qərarlaşan “Zaqatala” isə bu dəfə “Sumqayıt”ın ikinci komandası ilə oyunda xal itirib. I Divizion, 24-cü tur
1 may
16:00. "Kəpəz" – "Qarabağ-2" - 0:0 Hakimlər: Rauf Allahverdiyev, Elmin Süleymanov, Teymur Teymurov, Nicat İsmayıllı. Gəncə şəhər stadionu
16:00. "Sumqayıt-2" – "Zaqatala" - 1:1 Qol: Rüfət Abdullazadə, 22 – Aleksandr Şemonayev, 90+3-pen. Hakimlər: Səbuhi Bayramov, Vüqar Bayramov, Tərlan Talıbzadə, Fərid Hacıyev. Sumqayıt şəhər stadionu (ehtiyat meydança)