[02.05.2021] "Çelsi" Premyer Liqada növbəti matçına çıxıb.
Qol.az xəbər verir ki, London təmsilçisi 34-cü turda "Fulhem"lə qarşılaşıb. Görüş "zadəganlar"ın qələbəsi ilə başa çatıb - 2:0. Hesabı 10-cu dəqiqədə Kay Havertz açıb. O, 49-cu dəqiqədə dubl edib və yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, "Çelsi" turnir cədvəlində 61 xalla 4-cüdür. "Fulhem" isə 27 xalla 18-cidir.