Laportadan Messi və Neymar üçün şok açıqlama - İdman Xəbərləri | Tatli.Biz
Laportadan Messi və Neymar üçün şok açıqlama - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Laportadan Messi və Neymar üçün şok açıqlama

Laportadan Messi və Neymar üçün şok açıqlama

[25.05.2022]
Laportadan Messi və Neymar üçün şok açıqlama

"Barselona"nın prezidenti Joan Laporta klubun hazırda PSJ-də çıxış edən sabiq futbolçusu Neymar haqqında danışıb.

Qol.az xəbər verir ki, funksioner braziliyalı forvardın oyununu bəyəndiyini deyib. Lakin Laporta PSJ-də oynamağı köləliklə müqayisə edib.

"Neymarı kim sevməz? O, müstəsna oyunçudur. Neymarın PSJ ilə daha 4-5 illik müqaviləsi var. PSJ kimi klublarla müqavilə imzalayan oyunçular hamısı köləliyə razılaşıblar. Pul üçün... Əgər sabiq futbolçularımız "Barsa"ya qayıtmaq istəyirsə, deməli aşağı məvacibə razılaşmalıdır. Bu cür transferləri ödəyə bilmərik. Amma vəsaitimiz olsa belə, bunu etməzdik".

Qeyd edək ki, Neymar 207-ci ildə 222 milyon avro qarşılığında PSJ-yə transfer olunub.  Həmçinin Lionel Messi də ötən il uzun müddətli danışıqlardan onra "Barselona" ilə müqavilə şərtlərində razılaşa bilmədiyi üçün azad agent kimi Paris təmsilçisinə keçib. 



Dostlarınla Paylaş

Saytda 47 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022