Samir Abasov: “Kimisə komandadan çıxarmaq çıxış yolu deyil” - İdman Xəbərləri Samir Abasov: “Kimisə komandadan çıxarmaq çıxış yolu deyil” - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Samir Abasov: “Kimisə komandadan çıxarmaq çıxış yolu deyil”

Samir Abasov: “Kimisə komandadan çıxarmaq çıxış yolu deyil”

[14.02.2016]
Samir Abasov: “Kimisə komandadan çıxarmaq çıxış yolu deyil” “Bugün bütünlükdə müdafiədə oynamağımızın səbəbi odur ki, həm rəqib güclü idi, həm də səfərdə çıxış edirdik”.
Qol.Az-ın xəbərinə görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov bu gün Topaz Premyer Liqada “Qəbələ”yə 0:1 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib ("CBC Sport" TV").
“Ümumilikdə, bizdə əks-hücumda oynamaq alınır. Amma son 3 matçda qol vura bilmirik. “Sumqayıt” yaxşı komandadır, toparlanıb qələbə qazanacağıq”.
 
O bildirib ki, hazırkı məqamda onlar heyətdə dəyişiklik edə bilməzlər: “Əvvəla transfer pəncərəsi bağlanıb. Yeni oyunçu ala bilmərik. Kimisə komandadan çıxarmaq isə çıxış yolu deyil”.
S.Abasovun Uğur Pamuku meydançaya əsas deyil, ikinci hissədə daxil etməsinə də toxunub: “Bu, taktiki gediş idi. Beş müdafiəçi ilə oynayırdıq”.



Dostlarınla Paylaş

Saytda 222 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022