"Samir Məsimov Azərbaycanın ən populyar futbolçusudur" - İdman Xəbərləri "Samir Məsimov Azərbaycanın ən populyar futbolçusudur" - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Samir Məsimov Azərbaycanın ən populyar futbolçusudur"

"Samir Məsimov Azərbaycanın ən populyar futbolçusudur"

[16.02.2016]
"Samir Məsimov Azərbaycanın ən populyar futbolçusudur" "Samir Məsimov komandamıza çox şey verə biləcək oyunçudur. O, Azərbaycanın ən yaxşı və populyar oyunçularından biridir. Bunu Bakıdakı azarkeşlərin və media nümayəndələrinin reaksiyası da sübut edir".
Qol.Az-ın məlumatına görə, bu sözləri "Domjale"nin idman direktoru Matey Orajem klubun rəsmi saytına açıqlamasında deyib.
Klub rəsmisi Samir Məsimovun transferi ilə bağlı xəbərlərin Azərbaycanın telekanallarında və qəzetlərində geniş vüsət aldığını bildirib: "Samir bizə pulsuz başa gəldi. Onunla müqavilə bağlayarkən, bir gündə Azərbaycandan 7 jurnalist mənə zəng vurdu. Bu isə Məsimovun Azərbaycan çempionatının ulduzu olduğunu göstərir".
Qeyd edək ki, "Neftçi"dən transfer olunan Samir Məsimov "Domjale" ilə 3 illik müqavilə imzalayıb.



Dostlarınla Paylaş

Saytda 105 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022