Elxan Məmmədov: “Rövnəq Abdullayev yenidən AFFA prezidentliyinə namizəd olacaq” - İdman Xəbərləri
Tatli.Biz

Elxan Məmmədov: “Rövnəq Abdullayev yenidən AFFA prezidentliyinə namizəd olacaq” - İdman Xəbərləri

adban.su

Ən yeni idman xəbərləri

Elxan Məmmədov: “Rövnəq Abdullayev yenidən AFFA prezidentliyinə namizəd olacaq”

Elxan Məmmədov: “Rövnəq Abdullayev yenidən AFFA prezidentliyinə namizəd olacaq”

[16.02.2016]
Elxan Məmmədov: “Rövnəq Abdullayev yenidən AFFA prezidentliyinə namizəd olacaq” AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsi

- Premyer Liqanın XXI turu çərçivəsində keçirilən “Zirə” - “Rəvan” oyununu canlı olaraq stadiondan izlədiniz. Zirəyə səfər etməyinizin xüsusi bir səbəbi var?

- Çoxdandı “Zirə”nin oyununa getmirdim. Bu dəfə fürsət düşdü və qarşılaşmaya baxdım. Maraqlı oyun keçdi. Açığı, bunu gözləmirdim. Düşünürdüm ki, qapalı oyun olacaq. Amma 90 dəqiqə ərzində açıq, gərgin oyun getdi. “Zirə” üstün olsa da, sonda az qala xal itirəcəkdi. Bir sözlə, yaxşı oyun oldu.

- “Zirə”nin avrokuboklarda iştirakı hüquqi cəhətdən sual altındadı. Bu məsələni klub rəhbərliyi ilə müzakirə etdiniz?

- Bununla bağlı danışıqlar aparırıq. Bilirsiniz ki, UEFA-nın qaydalarına görə, avrokuboklarda iştirak etmək üçün klub minimum 3 il aktiv fəaliyyət göstərməlidir. Amma “Zirə”də belə deyil. UEFA ilə bu məsələ ətrafında danışıqlarımız olacaq. Lakin şanslar azdır.

- AFFA prezidentliyinə seçkilərə az vaxt qalıb. Bu məsələ ilə bağlı hansısa yenilik var?

- Hələlik heç bir yenilik yoxdur. Namizədlərin müraciətini gözləyirik. Keçən həftə seçki tarixini rəsmən bəyan etdik. Yəqin ki, gələn həftədən seçkiylə bağlı fəallıq hiss olunacaq.

- Prezidentliyə namizədlər üçün son tarix müəyyənləşib?

- Namizədliyin irəli sürmək istəyən şəxslər fevralın 25-nə qədər qeydiyyatdan keçməlidir. Gündəlikdə hansısa dəyişiklik ola bilər. Bunu isə biz 15 gün əvvəldən bilməliyik. Ona görə də son tarix fevralın 25-dir.

- Mətbuatda Rövnəq Abdullayevin daha AFFA-ya rəhbərlik etməyəcəyi barədə xəbərlər yayılıb. Bu, nə dərəcədə həqiqətəuyğundur?

- Mən də bu xəbəri mətbuatdan oxumuşam. Lakin bununla bağlı hər hansı rəsmi məlumat yoxdur.

- Siz necə düşünürsüz, Rövnəq Abdullayev yenə AFFA prezidenti olmaq üçün namizədliyini irəli sürəcək?

- Çox güman ki, bəli. Düşünürəm ki, Rövnəq Abdullayev AFFA prezidentliyinə namizəd olacaq.

- Martın 11-də həm də AFFA-nın növbəti konfransı keçiriləcək. Amma əsasnamədə qeyd olunub ki, Konfrans İcraiyyə Komitəsi tərəfindən 3 ay əvvəldən çağırılmalıdır. Konfransın qeyri-qanuni olmasına haqda deyilənlərə münasibətiniz necədir?

- AFFA-nın konfransı hər ilin ilk rübündə keçirilir. Bu, birmənalı olaraq belədir. Çünki qaydalar tələb edir ki, konfrans ilk rübdə keçirilsin. Hüquqi baxımdan konfransın keçirilməsində qeyri-qanuni heç nə yoxdur. Yalnız konkret tarixi müəyyən etmək lazım idi. Rövnəq Abdullayev martın 11-ini təklif etdi və İcraiyyə Komitəsinin üzvləri də bu tarixlə razılaşdılar. Yenə deyirəm, konfransın gündəliyində hansısa ayrı məsələ olsaydı, bu zaman İcraiyyə Komitəsinin bir araya gəlməsinə ehtiyac duyulardı.

- Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının startına təxminən 3 ay qalıb. Turnirin Təşkilat Komitəsinin tərkibi nə vaxt açıqlanacaq?

- Növbəti 2 həftə ərzində Təşkilat Komitəsində yer alacaq şəxlərin adları açıqlanacaq. Hazırda struktur üzərində iş gedir. Lazımi sənədlər UEFA-ya da göndərilib. Bu məsələ İcraiyyə Komitəsinin iclasında da müzakirəyə çıxarılacaq.

- Avropa çempionatında iştirak edəcək U-17 millimiz yanvarın 13-də Sankt-Peterburqda keçirilən Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdən qayıtdıqdan sonra yalnız ölkə daxilində hazırlıq keçir. Bunun səbəbi nədir?

- Səbəb odur ki, millimiz Avropa çempionatında bütün oyunları Bakıda keçirəcək. Ona görə qərara gəldik ki, U-17 yığmamız maya qədər yalnız paytaxtda hazırlıq keçsin. Qarşıdakı günlərdə Rusiya və Ukrayna milliləri də Bakıya səfər edəcəklər. Həmin komandalarla qarşılaşmaqla yığmamız oyun praktikasının yoxluğundan da əziyyət çəkməyəcək.

- Yəni U-17-nin ölkə xaricində deyil, Bakıda hazırlıq keçməsi maddi məsələlərlə bağlı deyil?

- Xeyr. U-17 ilə bağlı hər hansı maddi çətinlik yoxdur. Onlar qitə birinciliyindəki oyunlarını Bakıda keçirəcəklər. Bu səbəbdən də komandanın paytaxtda hazırlıq keçməsi qərar alındı. Amma U-19-un ölkə xaricindəki toplanışlarının sayı azalıb. Bu da qənaət rejiminə keçməyimizdən irəli gəlir.

Mənbə: futbolxeber.az



Dostlarınla Paylaş

Elxan Məmmədov: “Rövnəq Abdullayev yenidən AFFA prezidentliyinə namizəd olacaq” - İdman Xəbərlərini oxuya bilərsiniz


idman xəbərləri, futbol, idman, topaz, Elxan Məmmədov: “Rövnəq Abdullayev yenidən AFFA prezidentliyinə namizəd olacaq”, nəticələr, inşa, bədii, bayatı, abdulla, molla, edebiyyat, layla, meqaleler, melumatlar, haqqinda, abbas sehet, qoşma, şeir, azerbaycan, android, axtar, yeni, Elxan Məmmədov: “Rövnəq Abdullayev yenidən AFFA prezidentliyinə namizəd olacaq” - İdman Xəbərləri, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Pulsuz yuklemeler, free games, sohbet, qizlar, pulsuz whatsapp, whatsapp indir, instagram indir, youtube indir, bedava porno, bedava dinle, indir, azeri sarkilari, turk sarkilari, Yeni Oyunlar, Kohne Oyunlar, Top Oyunlar, Browser ve Internet, Sosial Şebekeler, Eylence

Saytda 177 nəfər
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021