Qırmızı vərəqə aldı, hakimi öldürdü - İdman Xəbərləri | Tatli.Biz
Qırmızı vərəqə aldı, hakimi öldürdü - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Qırmızı vərəqə aldı, hakimi öldürdü

Qırmızı vərəqə aldı, hakimi öldürdü

[16.02.2016]
Qırmızı vərəqə aldı, hakimi öldürdü Argentina futbolunda qətl hadisəsi baş verib.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Kordova şəhərində keçirilən aşağı liqa oyununda baş verən hadisədə hakim qətlə yetirilib.
Sezar Flores adlı referi matçın gedişində komandalardan birinin futbolçusuna qırmızı vərəqə göstərib. Adı açıqlanmayan 25 yaşlı həmin oyunçu öncə meydanı tərk etsə də, daha sonra geri qayıdaraq referiyə oldu silahla 3 dəfə atəş açıb.
48 yaşlı hakim aldığı güllə yarasından yerindəcə keçinib. Bununla da, hirsi soyumayan silahlı futbolçu rəqib oyunçuya da atəş açıb. Lakin onun həyati təhlükəsinin olmadığı bildirilib.
Qeyd edək ki, Argentina polisi hadisə yerindən qaçan futbolçunun axtarışlarını davam etdirir.



Dostlarınla Paylaş

Saytda 67 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022