Tevez 22 milyon avrodan imtina etdi - İdman Xəbərləri | Tatli.Biz
Tevez 22 milyon avrodan imtina etdi - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Tevez 22 milyon avrodan imtina etdi

Tevez 22 milyon avrodan imtina etdi

[16.02.2016]
Tevez 22 milyon avrodan imtina etdi "Boka Xuniors"un futbolçusu Karlos Tevez Çindən təklif alıb.
Qol.Az-ın "Ole"yə istinadən verdiyi məlumata görə, argentinalı futbolçuya "Şanxay İst Eyşa" klubu rəsmi təklif göndərib.
Çin təmsilçisinin baş məşqçisi Sven-Yoran Erikson komandasının Asiya Çempionlar Liqasında daha inamlı çıxış etməsi üçün heyəti gücləndirmək niyyətindədir. Lakin onun Tevezi transfer etmək istəyi baş tutmayıb. Çünki Tevez Çində oynamaq istəməyib. 32 yaşlı futbolçu "Şanxay İst Eyşa"nın təklifini qəbul edəcəyi təqdirdə ilinə 22,5 milyon avro qazanacaqdı.
Qeyd edək ki, cari mövsüm "Boka Xuniors"un heyətində 13 oyun keçirən Tevez 5 qol vurub. 



Dostlarınla Paylaş

Saytda 76 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022