“Çempionluğa iki komanda oynayır: “Qarabağ” və “Zirə”. “Qəbələ” isə..” - İdman Xəbərləri
Tatli.Biz

“Çempionluğa iki komanda oynayır: “Qarabağ” və “Zirə”. “Qəbələ” isə..” - İdman Xəbərləri

adban.su

Ən yeni idman xəbərləri

“Çempionluğa iki komanda oynayır: “Qarabağ” və “Zirə”. “Qəbələ” isə..”

“Çempionluğa iki komanda oynayır: “Qarabağ” və “Zirə”. “Qəbələ” isə..”

[16.02.2016]
“Çempionluğa iki komanda oynayır: “Qarabağ” və “Zirə”. “Qəbələ” isə..” Böyükağa Hacıyev: “Məni meydan çağırır” 

AFFA Məşqçilər Komitəsinin üzvü, “Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyevin Qol.Az saytına müsahibəsi
- Son zamanlar Topaz Premyer Liqanın səviyyəsi haqda fərqli fikirlər səsləndirirlər. Klubların çıxışı haqda siz nə deyə bilərsiniz?
- Çempionatın bütün oyunlarını izləyirik. Məşqçilər Komitəsi bir yerdə dayanmır. Üç gün əvvəl AZAL-ın düşərgəsində olduq, məşqlərini izlədik, Tərlan Əhmədov və klub rəsmiləri ilə görüşdük. Daha sonra “Zirə”nin düşərgəsinə baş çəkdik. Dünən isə U-19 millimizin məşqini izlədik. Daima axtarışdayıq. Premyer Liqaya gəldikdə isə bu gün kim desə ki, çempionatın səviyyəsi yüksəlib, deməli, o, sizi aldadır. Çempionatımızın səviyyəsi 2-3 il bundan əvvəlki vaxtla müqayisədə çox aşağı düşüb. Əvvəl çempionluğa 6-7 komanda oynayırdısa, indi onların sayı ikidir.
- Hansılardır?
- “Qarabağ” və “Zirə”.
- Bəs, “Qəbələ”?
- “Qəbələ” çempionluğa oynaya bilməz. Bunun üçün onlarda optimal heyət yoxdur. Futbolçular hərəsi bir yerdən gətirilib. Bir-birini tanımır. Onların stabil oynamağı üçün bir il vaxt lazımdır.
- Ötən illə müqayisədə bu mövsüm daha çox komanda medallar uğrunda yarışır. 6-7 komanda ilk “üçlük” üçün mübarizə aparır.
- Təbii ki, klublar zəiflədiyi üçün bu mənzərə yaranıb. Üç il bundan əvvəlki “Neftçi” güclü idi, yoxsa indiki? Əlbəttə, əvvəlki. Digər komandalar haqda da bunu demək olar. Deməli, səviyyə aşağı düşüb. Bunun başqa adı yoxdur.
- “Zirə”nin çıxışı sizi də təəccübləndirir?
- Bəli, heç kim “Zirə”dən bunu gözləmirdi. Onu da qeyd edim ki, “Zirə”nin nəticəsi ilə bərabər oyunu da yaxşıdır. Komanda kompakt oynayır. Adil Şükürov alqışa layiq kollektiv yaradıb.
- Bəlkə, “Zirə”nin belə inamlı çıxışı digər klublarımızın zəif oynamasından irəli gəlir?
- Bəli, haqlısınız, o da təsir göstərir.
- Premyer Liqamızın 22-ci turunda “Neftçi” “Qarabağ”ın qonağı olacaq. Proqnozunuz nədir?
- Həmişə demişəm ki, qoy, ədalət zəfər çalısn. Azarkeşlər bu oyundan həzz alsınlar. Kim güclüdürsə, o da qalib gəlsin. 
- Kim güclüdür?
- “Qarabağ” güclüdür. Təbii ki, bir oyun haqda proqnoz vermək olmur.“Neftçi” də qalib gələ bilər. Ancaq fakt odur ki, “Qarabağ” “Neftçi”dən çox güclüdür. Qurban Qurbanovun komandası bu oyunun favoritidir.
- Əvvəllər “Neftçi” və “Qarabağ” arasında oyunlar çox gərgin və maraqlı keçirdi.
- O, 2-3 il bundan əvvəl idi. O zaman “Neftçi”ni Böyükağa Hacıyev çalışdırırdı. İndi həmin oyunları görmək mümkün deyil. Çünki artıq “Neftçi”də Flavinyo, Vobay, Mitrevski, Nfor kimi futbolçular da yoxdur. “Neftçi”nin o futbolçulara çox ehtiyacı var.
- Nikolas Kanales yenidən “Neftçi”yə qayıtdı. Ancaq 7-8 aydır futbol oynamır. Sizcə, o, komandaya fayda verəcək?
- Deməli, 7-8 aydan sonra formasını bərpa edəcək.
- Düzdür, hazırda futboldan uzaq deyilsiniz. Ancaq sizi baş məşqçi kimi görməyə alışmışıq. Məşqçiliyə qayıtmağı düşünürsünüz?
- Bəli, məni meydan çağırır. Mən məşqçiyəm, oturub ancaq nəzəriyyə ilə məşğul ola bilmərəm. Hansı komandadan təklif gəlsə, onun ətrafında fikirləşəcəm və dəyərləndirəcəm.

Ramiq AĞAMƏMMƏDOV



Dostlarınla Paylaş

“Çempionluğa iki komanda oynayır: “Qarabağ” və “Zirə”. “Qəbələ” isə..” - İdman Xəbərlərini oxuya bilərsiniz


idman xəbərləri, futbol, idman, topaz, “Çempionluğa iki komanda oynayır: “Qarabağ” və “Zirə”. “Qəbələ” isə..”, nəticələr, inşa, bədii, bayatı, abdulla, molla, edebiyyat, layla, meqaleler, melumatlar, haqqinda, abbas sehet, qoşma, şeir, azerbaycan, android, axtar, yeni, “Çempionluğa iki komanda oynayır: “Qarabağ” və “Zirə”. “Qəbələ” isə..” - İdman Xəbərləri, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Whatsapp Plus indir, Instagram Plus indir, Bedava Indir, Bedava video, Youtube Plus indir, indir, hd mp4, 3gp, Porno indir, bedava site,sarki sozleri, bedava mp3 indir, Azerbaycan Kinoları, Turk Kinoları, Xarici Kinolar, Cizgi Filmler, Bozbaş Pictures, Azeri Klipleri, Turk Klipleri, Xarici Klipler, Show Biznes, Qarışıq Videolar

Saytda 122 nəfər
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021