Çempionlar Liqası: daha iki oyuna hakim təyinatı açıqlandı - İdman Xəbərləri | Tatli.Biz
Çempionlar Liqası: daha iki oyuna hakim təyinatı açıqlandı - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Çempionlar Liqası: daha iki oyuna hakim təyinatı açıqlandı

Çempionlar Liqası: daha iki oyuna hakim təyinatı açıqlandı

[16.02.2016]
Çempionlar Liqası: daha iki oyuna hakim  təyinatı açıqlandı Çempionlar Liqasının 1/8 finalında keçiriləcək daha iki oyunun hakim təyinatları açıqlanıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, "Roma" - "Real" (Madrid) matçı çexiyalı Pavel Kraloveçə həvalə olunub. Ona Roman Slusko və Martin Vilçzek köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Tomas Mokruş yerinə yetirəcək.
Bu mərhələnin digər oyunu "Gent" - "Volfsburq" matçını isə norveçli hakim Svein Oddvar Moen idarə edəcək. Kom Tomas Haglund, Frank Andasın ona köməklik edəcək. Sven Erik Midthjell isə dördüncü hakim olacaq.
Qeyd edək ki, hər iki qarşılaşma sabah keçiriləcək.



Dostlarınla Paylaş

Saytda 43 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022