"Real" və "Volfsburq" qalib gəldi - İdman Xəbərləri | Tatli.Biz
"Real" və "Volfsburq" qalib gəldi - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Real" və "Volfsburq" qalib gəldi

"Real" və "Volfsburq" qalib gəldi

[18.02.2016]
"Real" və "Volfsburq" qalib gəldi Çempionlar Liqasında 1/16 final mərhələsinin ilk oyunları davam edir.

Qol.Az-ın məlumatına görə, bu gün daha iki qarşılaşma keçirilib.

Günün ən çox maraq doğuran oyunu İtaliyada baş tutub. Paytaxt Romanın eyniadlı komandası Madridin "Real" klubunu qəbul edib. Hər hissədə bir qol vuran "kral klubu" görüşdən 2:0 hesabı ilə qalib ayrılıb. Bu, "Real"ın baş məşqçisi Zinəddin Zidanın Çempionlar Liqasında ilk qələbəsi olub. 

"Volfsburq" isə səfərdə Belçikanın "Gent" klubu ilə üz-üzə gəlib. Beş qolun vurulduğu görüşdə Almaniya klubu 3:2 hesablı qələbəyə sevinib.




17 fevral
Çempionlar Liqası, 1/8 finalın ilk oyunları

23:45. "Roma" (İtaliya) - "Real" (Madrid, İspaniya) - 0:2
Qollar:
Ronaldo, 57 (0:1), Xese, 86 (0:2)

23:45. "Gent" (Belçika) - "Volfsburq" (Almaniya) - 2:3
Qollar:
Draksler, 44 (0:1), 54 (0:2), Kruse, 60 (0:3), Kums, 80 (1:3), Koulibali, 89 (2:3)



Dostlarınla Paylaş

Saytda 178 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022