Bakıdakı Şahmat Olimpiadasının vaxtı niyə dəyişib? - İdman Xəbərləri Bakıdakı Şahmat Olimpiadasının vaxtı niyə dəyişib? - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Bakıdakı Şahmat Olimpiadasının vaxtı niyə dəyişib?

Bakıdakı Şahmat Olimpiadasının vaxtı niyə dəyişib?

[17.02.2016]
Bakıdakı Şahmat Olimpiadasının vaxtı niyə dəyişib? Bakıdakı Ümumdünya Şahmat Olimpiadası və Beynəlxalq Şahmat Federasiyası (FİDE) Konqresinin vaxtının dəyişdirilmə səbəbi açıqlanıb.

Qol.Az-ın "Report"a istinadən yaydığı məlumata görə, FİDE-nin mətbuat xidməti vaxt dəyişikliyini sentyabrın 15-də Azərbaycanda yeni dərs ilinin başlanması ilə əlaqələndirib.

Açıqlamada deyilir: "Həmin gün hava limanında və ümumilikdə logistika ilə bağlı nələrin baş verə biləcəyini əla başa düşürük. Çoxlu məktəbli, tələbə və onların valideynləri dərslərin başlanması ərəfəsində aktual məsələlərini həll edirlər, tətildən qayıdırlar. Tədbirin qonaqlarının turnirdə rahat iştirak etmələrindən ötrü bütün belə çətinliklərdən və ajiotajdan yayınmaq istəyirik. Buna görə də Azərbaycan rəhbərliyi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə hamını qane edən qərar qəbul etdik".

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadasının öncə də 17 - 30 sentyabrda keçirilməsi nəzərdə tutulurdu. Yeni qərara əsasən, Olimpiada 1 - 14 sentyabrda, Konqres isə 4-14 sentyabrda baş tutacaq.



Dostlarınla Paylaş

Saytda 185 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022