Mançinidən qadağa: futbolçular bazadan çıxa bilmir - İdman Xəbərləri | Tatli.Biz
Mançinidən qadağa: futbolçular bazadan çıxa bilmir - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Mançinidən qadağa: futbolçular bazadan çıxa bilmir

Mançinidən qadağa: futbolçular bazadan çıxa bilmir

[17.02.2016]
Mançinidən qadağa: futbolçular bazadan çıxa bilmir İtaliyanın "İnter" klubunun baş məşqçisi Roberto Mançini A seriyasında "Sampdoriya" ilə matça qədər futbolçularını klubun bazasında saxlamağa qərar verib.

Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, "Fiorentina"ya məğlubiyyətdən sonra bu addımı atıb.
R.Mançinin verdiyi qərarla bağlı bildirib:

"Bugünlərdə beynimizi artıq yüksək təmizləməyə və düşünməyə ehtiyacı var. Hər şeyin yaxşıya doğru getməsini istəyirik. "Fiorentina"ya qarşı yaxşı oynadıq. Rəqibin 2-3 qol epizodu yaratmasına imkan verdik. Ancaq hücumda istənilən oyunu nümayiş etdirmədik".

Mançini bildirib ki, mütəmadi olaraq qələbə qazanan komanda qurmaq asan deyil:

"Bunun üçün zamana ehtiyac var. Dekabr ayından çətin günlər yaşayırıq. Komanda güclü olmaq və mübarizə aparmağa davam etmək məcburiyyətindədəir. Bu müddətdə isə azarkeşlər dəstəyinə ehtiyacımız var"



Dostlarınla Paylaş

Saytda 41 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022