Ruslan Abışov komanda ilə məşqlərə başladı - İdman Xəbərləri | Tatli.Biz
Ruslan Abışov komanda ilə məşqlərə başladı - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Ruslan Abışov komanda ilə məşqlərə başladı

Ruslan Abışov komanda ilə məşqlərə başladı

[17.02.2016]
Ruslan Abışov komanda ilə məşqlərə başladı Topaz Premyer Liqasının XXII turunda “Rəvan”la qarşılaşacaq “Qəbələ” oyunun hazırlıqlarına start verib.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, XXI turun fevralın 14-də keçirilən “Sumqayıt”la ev matçının (1:0) ertəsi günü hazırlıq keçib, ardınca bir günlük istirahətə buraxılan “qırmızı-qaralar” Qəbələ şəhər stadionunda məşqə çıxıb.
Bugünkü hazırlıq prosesi iki hissədən ibarət olub. Roman Qriqorçukun futbolçuları əvvəl fiziki hazırlıq keçib, ardınca toplu çalışmalarla məşq edib. Məşq prosesində zədəli futbolçular - Aleksey Antonov və Dodo iştirak etməyiblər. Bir müddətdir fərdi məşq edən Ruslan Abışov komanda ilə birlikdə ilk məşqinə çıxıb. “Qəbələ” növbəti məşqini sabah keçirəcək. Hazırlıq prosesi günün ikinci yarısında Qəbələ şəhər stadionunda baş tutacaq.
Xatırladaq ki, “Rəvan” - “Qəbələ” oyunu fevralın 21-də keçiriləcək. “Bayıl Arena”da baş tutacaq qarşılaşmanın start fiti saat 16:00-da veriləcək.



Dostlarınla Paylaş

Saytda 80 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022