"Roma"da ciddi itki - İdman Xəbərləri | Tatli.Biz
"Roma"da ciddi itki - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Roma"da ciddi itki

"Roma"da ciddi itki

[18.02.2016]
"Roma"da ciddi itki Çempionlar Liqasının 1/8 finalının ilk oyununda evdə "Real"a 1:2 uduzan "Roma" ciddi itki ilə üzləşib.
Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi Daniele de Rossi zədələnib.
Əzələsini dartan 32 yaşlı futbolçu görüşün 77-ci dəqiqəsində əvəzlənib. Hələlik onun hansı müddətə sıradan çıxdığı məlum deyil. Lakin de Rossinin A Seriyasının 25-ci turunda "Palermo" ilə keçiriləcək oyunda iştirak etməyəcəyi gözlənilir.
Qeyd edək ki, 2001-ci ildən "Roma"nın şərəfini qoruyan de Rossi keçirdiyi 380 oyunda 37 qol vurub.



Dostlarınla Paylaş

Saytda 73 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022