"Boks sevərləri “Baku Fires”in görüşünə baxmağa çağırıram" - İdman Xəbərləri | Tatli.Biz
"Boks sevərləri “Baku Fires”in görüşünə baxmağa çağırıram" - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Boks sevərləri “Baku Fires”in görüşünə baxmağa çağırıram"

"Boks sevərləri “Baku Fires”in görüşünə baxmağa çağırıram"

[18.02.2016]
"Boks sevərləri  “Baku Fires”in görüşünə baxmağa çağırıram" Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan “Baku Fires” klubu  fevralın 19-da üçüncü görüşünə çıxacaq.
Qol.Az-ın məlumatına görə, komandamızın rəqibi “Puerto Riko Hurricanes” olacaq. Bu gün hər iki komandanın baş məşqçilərinin və boksçularının iştirakı ilə çəki mərasimi və mətbuat konfransı keçirilib.
Döyüşün uelsli supervayzeri Devid Frensis  sabah 4 görüşün keçiriləcəyini  bildirib. Qonaq komandanın 49  kq çəki dərəcəsindəki təmsilçisi Antoni Ortiz xəstələndiyi üçün Bakıya gələ bilməyib.
“Puerto Riko Hurricanes”in  baş məşqçisi Con Dovi boks həvəskarlarını maraqlı görüş gözlədiyini bildirib. O, qarşılaşmaya  0:1 hesabı ilə geridə başlamalarının komandaya mənfi təsir etməyəcəyini söyləyib. 
“Baku Fires”-in baş məşqçisi Nuripaşa Talibov azarkeşləri Boks Mərkəzinə dəvət edərək, boksçulara dəstək olmağa çağırıb:
“Qubada bizim görüşlər zamanı tribunalar tam dolurdu. Nədənsə,  Özbəkistan komandası ilə qarşılaşmada arenanın yarısı boş idi.  Boks sevərləri  “Baku Fires”in görüşünə baxmağa çağırıram. Əminəm ki, gəlməyinizə peşman olmayacaqsız”. 
Komandamızın baş məşqçisi Abdulqadir Abdullayevin heyətə cəlb olunmasına da aydınlıq gətirib:
 “Abdullayev artıq xeyli vaxtdır ki, milli komandanın düşərgəsindədir. Əslində biz onu heyətə daxil etmək istəmirdik. Sadəcə mayda APB və WSB boksçuları arasında Bolqarıstanda lisenziya turniri olacaq. Qaydalara görə, həmin boksçular bu mövsüm heç olmasa bir dəfə rinqə çıxmalıdırlar. Həm də Abdullayevlə komandamız daha güclü təsir bağışlayır”.
Talibov bu dəfə də 56 kq çəki dərəcəsində Qazaxıstanda məğlub olan Yaraş Məhəmmədova şans verməsinə aydınlıq gətirib:
 “Həmin çəkidə bizdə Məhəmməd Qurbanov da var.  Amma o hazırda bərpa dövrü keçir. Yaraş da yaxşı boksçudur. Qazaxıstanda isə həm rəqibi güclü idi, həm də təcrübəsizlikdən uduzdu”. 
64 kq çəki dərəcəsindəki təmsilçimiz Heybətulla Hacıəliyev rəqibi Jan Riveranı yaxşı tanıdığını deyib: “Puerto rikolu boksçu bu mövsüm ilk görüşünə çıxacaq. Amma ötən çempionatda o komandanın əsas üzvlərindən idi. Kifayət qədər güclü boksçudur. Mən də yaxşı hazırlıq keşmişəm və inanıram ki, qalib gələcəm”.



Dostlarınla Paylaş

Saytda 72 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022