“Öz oyunumuzla digərlərindən geri qalmadığımızı göstərmişik” - İdman Xəbərləri | Tatli.Biz
“Öz oyunumuzla digərlərindən geri qalmadığımızı göstərmişik” - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

“Öz oyunumuzla digərlərindən geri qalmadığımızı göstərmişik”

“Öz oyunumuzla digərlərindən geri qalmadığımızı göstərmişik”

[18.02.2016]
“Öz oyunumuzla digərlərindən geri qalmadığımızı göstərmişik” “Qarşıdakı oyuna hazırlığımız həmişə olduğu kimi yüksək səviyyədə keçib. Xüsusi bir məşq planı olmayıb. Digər görüşlərə necə hazırlaşmışıqsa, elə də məşq etmişik. Çempionatda asan oyun və ya zəif rəqib anlayışı yoxdur. Bilirik ki, “İnter” ilə matç bizim üçün çətin keçəcək. Hədəfimiz bəllidir – qələbə qazanmaq istəyirik”.
Qol.Az-ın məlumatına görə, bu sözləri "Kəpəz"in futbolçusu Tural Rzayev Topaz Premyer Liqanın 22-ci turunda "İnter"lə oyun öncəsi deyib.
 
O, qarşılaşmanın gərgin keçəcəyini bildirib:
 “İnter” kifayət qədər ciddi və güclü rəqibdir. Komandanın turnir cədvəlindəki yeri də gücündən xəbər verir. Rəqibin heyətində çox təhlükəli yerli və əcnəbi futbolçular var. Ona görə qarşıda bizi asan oyunun gözləmədiyini söyləyə bilərəm”.
 
Gənc yarımmüdafiəçinin sözlərinə görə, “Kəpəz” öz oyununu nümayiş etdirə bilsə, komanda “İnter” ilə görüşdə arzuladığı nəticəni qazana biləcək:
 “Əvvəlki turlarda göstərdiyimiz oyunu sərgiləyə bilsək, qalib gələcəyik. Çempionatda öz oyunumuzla digərlərindən geri qalmadığımızı göstərmişik. Məncə, Premyer Liqada ən yaxşı, baxımlı və rəngarəng futbol nümayiş etdirən komandalardan biri elə “Kəpəz”dir. Qış fasiləsindən sonra “Qəbələ”, AZAL və “Qarabağ”la matçlarda necə mübarizə apardığımız hamı gördü. Sonuncu görüşün ilk 15 dəqiqəsini çıxmaq şərtilə Ağdam klubu ilə başabaş oynadıq. “Qarabağ” ilə matçın ədalətli nəticəsi də, heç-heçə idi”.



Dostlarınla Paylaş

Saytda 86 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022