"Qəbələ"dən 10 qələbə - İdman Xəbərləri
Tatli.Biz

"Qəbələ"dən 10 qələbə - İdman Xəbərləri

adban.su

Ən yeni idman xəbərləri

"Qəbələ"dən 10 qələbə

"Qəbələ"dən 10 qələbə

[19.02.2016]
"Qəbələ"dən 10 qələbə “Qəbələ”nin aşağı yaş qrupları üzrə komandaları AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışlarda növbəti oyunlarına çıxıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, akademiyanın yetirmələri son 11 matçdan onunda qələbə əldə edib.
 
II dövrəyə “Qarabağ” üzərindəki səfər qələbəsi (3:0) ilə başlayan U-19 xal hesabını 31-ə çatdırıb. 12 oyun keçirən komanda turnir cədvəlinin 2-ci pilləsində qərarlaşsa da, 1 xal geridə qaldığı liderlə müqayisədə bir matç az keçirib. Səfərdə “Kəpəz”in qapısından 3 cavabsız qol keçirən U-17 15 oyunda 40 xal toplayaraq, 2-ci pillədə qərarlaşıb. 2 oyun az keçirən “qırmızı-qaralar” çempionatın potensial lideridir.

“Qarabağ”ı evdə 2:1 hesabı ilə yenən U-16 ardıcıl 17-ci qələbəsini əldə edib. Hesabında 51 xal olan komanda 100 faizlik nəticə ilə yarışın lideridir. Xal itirməyən U-15 isə ardıcıl qələbə sayını 24-ə çatdırıb. “Neftçi” İK İB ilə ev oyununda 3:0 hesabı ilə qalib gəldikdən sonra “qırmızı-qaralar”ın xal hesabı 72-yə çatıb.

Paytaxt regionunun Bakı zonasında mübarizə aparan U-13 komandası ilin ilk matçında “Rəvan”a 8 cavabsız qol vurub. 10 matçda 21 xal toplayan “qırmızı-qaralar” 3-cü pillədə qərarlaşıb.

Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında çıxış edən U-12 komandası Yevlax UGİM-ini 8:0 hesabı ilə məğlub edib. “Qəbələ” 11 oyundan sonra 31 xal toplayaraq 1-ci pillədə yer alıb. Eyni zonada çıxış edən U-11 “Daşqın”ı böyük hesabla yenib – 9:1. “Qırmızı-qaralar” 11 turdan sonra 100 faizlik nəticə ilə 1-ci pillədə qərarlaşıb. Ardıcıl 12-ci qələbəsini qazanan U-10 Şəki UGİM-ini 7:0 hesabı ilə məğlub edib. Komanda Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasının lideridir.

U-19 Qızlar Liqasında çıxış edən komanda XII turun matçında “Fidan”a uduzub – 2:5. Hesabında 14 xal olan “Qəbələ” 5-ci pillədə qərarlaşıb.
“Bakcell U-14 Elit kuboku”nun qrup mərhələsini 1-ci pillədə başa vuran “Qəbələ” növbəti iki mərhələdə də çətinlik yaşamayıb. 1/4 finalda Şimal-Qərb Elit yığmasını 7:1, yarımfinalda isə “Neftçi”ni 3:2 hesabı ilə məğlub edən komanda həlledici oyuna vəsiqə qazanıb. “Qırmızı-qaralar” fevralın 23-də keçiriləcək final matçında “İnter”lə üz-üzə gələcək.



Dostlarınla Paylaş

"Qəbələ"dən 10 qələbə - İdman Xəbərlərini oxuya bilərsiniz


idman xəbərləri, futbol, idman, topaz, "Qəbələ"dən 10 qələbə, nəticələr, inşa, bədii, bayatı, abdulla, molla, edebiyyat, layla, meqaleler, melumatlar, haqqinda, abbas sehet, qoşma, şeir, azerbaycan, android, axtar, yeni, "Qəbələ"dən 10 qələbə - İdman Xəbərləri, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Whatsapp plus yukle, Instagram Plus yukle, Youtube Plus yukle, mahni yukle, mp3 yukle, azeri klipler, turk klipleri, sekiller, pulsuz mesaj, pulsuz internet, mp4 videolar, kitabxana, online, online tercume, Qarışıq Məqalələr, Şeirlər, Cinsəllik (+18), Hekayələr, Nusrət Kəsəmənli, Qəmli Notlar, Evlilik Mərasimi

Saytda 159 nəfər
xml | xml2 | html | ror | wiki
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021