Ronaldo ən yaxşı hücumçuların adlarını açıqladı - İdman Xəbərləri
Ən yeni idman xəbərləri
Ronaldo ən yaxşı hücumçuların adlarını açıqladı
Ronaldo ən yaxşı hücumçuların adlarını açıqladı
[19.02.2016]
Braziliya millisinin sabiq üzvü Ronaldo hazırda dünyanın ən yaxşı mərkəz hücumçularının adlarını açıqlayıb.
Qol.Az-ın "Calciomercato"ya istinadən verdiyi məlumata görə, Ronaldo üç futbolçunu fərqləndirib.
"Üç futbolçunu qeyd edə bilərəm. Bunlar Robert Levvandovski, Luis Suares və Kərim Benzemadır. Birgə oynadığım ən yaxşı futbolçulara gəlincə, birini fərqləndirməyim mümkün deyil.
Uzun siyahı tuta bilərəm. Ancaq ağlıma Nesta, Zanetti, Pirlo, Maldini, Fiqu, Raul, Baco və Stoiçkov kimi futbolçular gəlir. Bununla belə, Braziliya millisində də birgə oynadığım xeyli yüksək səviyyəli futbolçular olub".