“Lokomotiv” “Putin forması” geyinən oyunçusunu niyə 300 min cərimələdi? - İdman Xəbərləri | Tatli.Biz
“Lokomotiv” “Putin forması” geyinən oyunçusunu niyə 300 min cərimələdi? - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

“Lokomotiv” “Putin forması” geyinən oyunçusunu niyə 300 min cərimələdi?

“Lokomotiv” “Putin forması” geyinən oyunçusunu niyə 300 min cərimələdi?

[19.02.2016]
“Lokomotiv” “Putin forması” geyinən oyunçusunu niyə 300 min cərimələdi? Moskvanın “Lokomotiv” klubu futbolçusu Dmitri Tarasovu 300 min avro məbləğində cərimələyib.
Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, buna futbolçunun Avroliqanın 1/16 final mərhələsinin “Fənərbaxça” ilə İstanbuldakı oyundan sonra üzərində Rusiya prezidenti Vladimir Putinin şəkli olan formanı nümayiş etdirməsi səbəb olub. Formanın üzərində “Putin ən nəzakətli prezident” sözləri yazılıb.
Rusiya ilə Türkiyə arasında siyasi münasibətlərin gərgin olduğu bir vaxtda Tarasovun belə hərəkət etməsi təxribat kimi qiymətləndirilib. UEFA-nın futbolçuya (ən az 10 oyun) və kluba ciddi cəza verəcəyi gözlənilir.
Rusiya mətbuatı yazıb ki, “Lokomotiv”in futbolçusunu 300 min avro məbləğində cərimə etməsi təsadüfi deyil. Klub bununla UEFA-nın gözlənilən sanksiyasından qaçma isteyib.
Bununla belə, bildirilir ki, Avropanın ali futbol qurumu istənilən halda Dmitri Tarasova cəza tədbiq edəcək.



Dostlarınla Paylaş

Saytda 67 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022