UEFA-nın tədbirində "Qəbələ"nin təqdimatı - İdman Xəbərləri UEFA-nın tədbirində "Qəbələ"nin təqdimatı - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

UEFA-nın tədbirində "Qəbələ"nin təqdimatı

UEFA-nın tədbirində "Qəbələ"nin təqdimatı

[19.02.2016]
UEFA-nın tədbirində "Qəbələ"nin təqdimatı Fevralın 18-də Bakıda AFFA-nın təşkilatçılığı ilə klubların lisenziyalaşdırılması üzrə UEFA-nın seminarı keçirilib.
Qol.Az-ın "Qəbələ"nin saytına istindən yaydığı xəbərə görə, tədbirdə UEFA-nın nümayəndələri ilə yanaşı, İspaniya, Rumıniya, Macarıstan, Türkiyə, Rusiya, Slovakiya, Çexiya, Ukrayna, Belarus, Latviya, Gürcüstan, Litva, Qazaxıstan və Moldova futbol federasiyalarının lisenziyalaşdırma üzrə mütəxəssisləri iştirak edib.
Seminarda AFFA-nın lisenziyalaşdırma qrupunun üzvləri ilə yanaşı “Qəbələ” İdman Klubunun insan resursları və lisenziyalaşdırma üzrə meneceri Safura Mikayılova da təqdimat keçirib. Klubun 10 illik fəaliyyətini əhatə edən təqdimatda iştirakçılara "Qəbələ"nin tarixi, strukturu, departamentləri, infrastrukturu, futbol akademiyası, futbolun kütləviləşdirilməsi, digər idman növləri, marketinq və kommersiya fəaliyyətləri barədə ətraflı məlumat verilib. Bundan əlavə təqdimatda lisenziyalaşdırma prosesinin klubun peşəkar fəaliyyətinə müsbət təsirlərindən və son dövrdə beynəlxalq yarışlarda klubun qazandığı təcrübədən bəhs olunub. 



Dostlarınla Paylaş

Saytda 231 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022