“Qarabağ” "Neftçi"ni məğlub etdi - İdman Xəbərləri
Ən yeni idman xəbərləri
“Qarabağ” "Neftçi"ni məğlub etdi
“Qarabağ” "Neftçi"ni məğlub etdi
[20.02.2016]
Topaz Premyer Liqada 22-ci turun daha bir oyunu keçirilib.
Qol.Az-ın məlumatına görə, çempionatın lideri “Qarabağ” öz meydanında “Neftçi”ni qəbul edib.
Turun mərkəzi qarşılaşması maraqla gözlənilirdi. Son vaxtlar elə də uğurlu çıxış etməyən “Neftçi” bu mövsüm Ağdam təsmsilçisinə uduzmayıb. Səfərdə rəqibi ilə bərabərə qalan (1:1) “ağ-qaralar” öz meydanında 1:0 hesablı qələbə qazanıb.
“Azərsun Arena”da keçirilən oyun Qurban Qurbanovun komandasının qələbəsi ilə yekunlaşıb. Hər hissədə bir qol vuran "Qarabağ" cari mövsüm ilk dəfə "Neftçi"ni məğlub edib - 2:0.
Bombardirlər:
Riçard Almeyda ("Qarabağ") - 8 qol Ruslan Qurbanov ("Neftçi") -7 qol Amil Yunanov ("Sumqayıt") - 6 qol Aleksey Antonov ("Qəbələ") - 6 qol Nelson Bonilla ("Zirə") - 6 qol