Muarem Muarem: "Arxayınlaşmamalıyıq" - İdman Xəbərləri Muarem Muarem: "Arxayınlaşmamalıyıq" - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Muarem Muarem: "Arxayınlaşmamalıyıq"

Muarem Muarem: "Arxayınlaşmamalıyıq"

[21.02.2016]
Muarem Muarem: "Arxayınlaşmamalıyıq" “Qarabağ”ın makedoniyalı futbolçusu Muarem Muarem Topaz Premyer Liqanın 22-ci turunda evdə "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

 
- Əvvəlcədən çətin qarşılaşma olacağını bilirdik. “Neftçi” son matçlarda yaxşı oyun sərgiləyir. Rəqibin son oyunlarını izlədik və matça bacardığımız qədər yaxşı hazırlaşmışdıq. Qələbə qazandığımıza görə şadıq.
 
- “Neftçi” “Qarabağ”a əvvəlki kimi müqavimət göstərə bildi?

- Gördüyünüz kimi... “Neftçi” gənc futbolçulardan ibarət komandadır. Fikrimcə yaxşı mübarizə apardılar. Düşünürəm ki, “Neftçi” zaman keçdikcə  əvvəlki gücünü bərpa edə biləcək.

- Öz oyunun haqda nə düşünürsən? Meydanda əvvəlki Muaremi görə biləcəyik?

- Oyunlara yaxşı hazırlaşıram. Bildiyiniz kimi Türkiyədə çox oynamadım. Son 6 ayda 3 matçda meydanda oldum. Mən də çalışıb əvəlki formamı bərpa etmək istəyirəm.

- Oyun praktikanın az olmasını hiss edirsən?

- Bu normal haldır. Əgər futbolçu uzun müddət oynamırsa formadan düşür.

- Fasilədən sonrakı oyunlarda xal itirmişdiz. Bu oyunda Qurban
Qurbanovdan hər hansı xüsusi tapşırıq almışdınız? 


- Xüsusi tapşırıq olmadı. Qurban Qurbanov hər zaman olduğu kimi bu dəfə də meydanda öz oyunumuzu sərgiləməyi tapşırdı. Məğlub olduğumuz matçlarda da yaxşı oynadıq. Yavaş-yavaş öz oyunumuzu tapacağımıza inanıram.

- Əvəzetmədən meydana daxil oldun və ikinci qolun ötürməsini etdin. Necə düşünürsən, bu, növbəti oyunlarda əsas heyətdə yer almağına şərait yarada bilər?

- Məşqlərdə maksimum çalışıram. Ötən həftə cüzi zədəm olduğu üçün “Kəpəz”lə oyunu buraxdım. Ümumiyyətlə bütün futbolçularımız məşqlərdə yaxşı çalışır. Sonda kimin meydanda olacağına məşqçimiz qərar verir.

- “Qarabağ”ın ən yaxın izləyiciləri ilə xal fərqi çoxdur. Artıq çempionluq barədə düşünmək olar?

- İzləyicilərlə xal fərqinin çox olması bizim üçün yaxşı haldır. Amma çempionluq barədə danışmaq tezdir. Qarşıda oyunlarımız var. Arxayınlaşmamalıyıq.

- Növbəti turda “İnter”lə qarşılaşacaqsınız. Bu oyun haqda nə deyə bilərsən?

- “İnter” yaxşı komandadır. Onların "Kəpəz"lə oyunlarını izlədik. "İnter" də liderlər qrupunda mübarizə aparmaq üçün çalışır. Çətin oyun olacaq.
 
- Meydanda Reynaldo ilə yaxşı anlaşırdın. Bəs Armenterosla necə?

- Bütün futbolçularla yaxşı anlaşırıq. Problem yoxdur.
Ergün SEYİD



Dostlarınla Paylaş

Saytda 196 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022