"Çelsi" daha Avropanın elit klublarından deyil" – Hiddink - İdman Xəbərləri "Çelsi" daha Avropanın elit klublarından deyil" – Hiddink - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Çelsi" daha Avropanın elit klublarından deyil" – Hiddink

"Çelsi" daha Avropanın elit klublarından deyil" – Hiddink

[21.02.2016]
"Çelsi" daha Avropanın elit klublarından deyil" – Hiddink "Çelsi"nin baş məşqçisi Quus Hiddink növbəti açıqlama verib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, London təmsilçisinin daha Avropanın elit klubları arasında yer almadığını deyib. Təcrübəli mütəxəssis bu durumu komandanın heyətinin güclü olmaması ilə əlaqələndirib:
"Çelsi"nin heyətini gücləndirəcək baş məşqçiyə ehtiyac var. Mən burada müvəqqəti olaraq işləyirəm. Komandanın heyətində dəyişiklik lazımdır. "Çelsi" "Barselona" və "Bavariya" kimi ola bilər. Ancaq hazırda PSJ belə "Çelsi"dən güclüdür. Paris klubunun təkcə start heyəti yox, 15-17  oyunçusu güclüdür. Bizdə isə ehtiyatda olan futbolçular gənclərdir. Onları meydana çıxarmaqdan çəkinmirəm, amma qarşıda hələ çox oyunumuz var. Buna görə ehtiyat oyunçular da təcrübəli futbolçulardan təşkil edilməlidir".



Dostlarınla Paylaş

Saytda 99 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022