Spaletti Tottini heyətə daxil etmədi - İdman Xəbərləri Spaletti Tottini heyətə daxil etmədi - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Spaletti Tottini heyətə daxil etmədi

Spaletti Tottini heyətə daxil etmədi

[21.02.2016]
Spaletti Tottini heyətə daxil etmədi "Roma"nın baş məşqçisi Lusiano Spaletti  komandanın kapitanı Françesko Tottinin adını A seriyasında 26-cı turunda "Palermo" ilə oyun üçün heyətə daxil etməyib.
Qol.Az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis Tottinin onun barədə söylədiyi tənqidi fikirlərdən sonra bu qərarı verib.
F.Totti son açıqlamasında komanda üçün etdiyi fədakarlıqlara baxmayaraq, Spalettinin onu ehtiyat oyunçular skamyasında saxlamasının mənasız olduğunu söyləmişdi. Totti daha çox oynamalı olduğunu bildirmişdi.
Qeyd edək ki, L.Spalettinin "Roma"nı çalışdırmasından sonra F.Totti cəmi 33 dəqiqə meydanda olub.



Dostlarınla Paylaş

Saytda 49 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022