Bundesliqada hakim meydanı tərk etdi - İdman Xəbərləri
Ən yeni idman xəbərləri
Bundesliqada hakim meydanı tərk etdi
Bundesliqada hakim meydanı tərk etdi
[22.02.2016]
Almaniya bundesliqasında dünən keçirilən "Bayer" (Leverkuzen) - "Borussiya" (Dortmund) matçında ilginc hadisə yaşanıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, qarşılaşmanın hakim Feliks Zvayer 22-ci dəqiqədə meydanı tərk edib.
FİFA referisi "Bayer"in baş məşqçisi Roger Şmidti tribunaya göndərib. Ancaq R.Şmidt meydandan çıxmayacağını bildirib. Bundan sonra hakim oyunu dayandırıb və meydanı tərk edərək paltardəyişmə otağına gedib.
Təxminən 10 dəqiqədən sonra R.Şmidt tribunaya getməyi qəbul edib və komandalar yenidən meydana qayıdıb.
Qeyd edək ki, "Bayer" - "Borussiya" oyunu 2-cilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.