Futbolçu baş hakimə qırmızı vərəqə göstərdi - İdman Xəbərləri Futbolçu baş hakimə qırmızı vərəqə göstərdi - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Futbolçu baş hakimə qırmızı vərəqə göstərdi

Futbolçu baş hakimə qırmızı vərəqə göstərdi

[22.02.2016]
Futbolçu baş hakimə qırmızı vərəqə göstərdi Türkiyə superliqasının 22-ci turunda dünən keçirilən "Qalatasaray" - "Trabzonspor" matçında qeyri-adi hadisə baş verib.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, qonaq komandanın futbolçusu Salih Dursun qarşılaşmanın baş hakimi Deniz Ateş Bitnelə qırmızı vərəqə göstərib.
Hadisə hakimin "Trabzonspor"un qapısına şübhəli penalti təyin etməsindən sonra başa verib. Qaydanı pozduğu iddia edilən Luis Pedro Kavanda baş hakimə etiraz etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb. Bu qərardan sonra hakimə etirazlar davam edib. D.A.Bitnelin qırmızı vərəqəni yerə düşürdüyünü görən S.Dursun vərəqəni yerdən götürərək hakimə göstərib və əli ilə "çıx meydandan" işarəsi verib. Bu hərəkətinə görə hakim S.Dursunu da meydandan qovub.
Bu Trabzonspor"un qarşılaşmada  4-cü qırmızı vərəqəsi olub. Kavanda və Salih Dursundan əvvəl Özer Hurmacı və Aykt Demir iki sarı vərəqə ilə cəzalandıqları üçün meydanı tərk etmişdilər.

Qeyd edək ki, "Qalatasaray" - "Trabzonspor" matçı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.



Dostlarınla Paylaş

Saytda 226 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022