Qurban Qurbanovun 150-ci qələbəsi - İdman Xəbərləri
Ən yeni idman xəbərləri
Qurban Qurbanovun 150-ci qələbəsi
Qurban Qurbanovun 150-ci qələbəsi
[22.02.2016]
Topaz Premyer Liqasının XXII turunun “Neftçi” ilə oyunundakı 2:0 hesablı qələbə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, 44 yaşlı mütəxəssis Azərbaycan çempionatlarında baş məşqçi kimi 150-ci qələbəsini qazanıb. O, buna 272-ci matçda nail olub.
Hesabında 71 heç-heçə və 51 məğlubiyyət olan çalışdırıcı karyerası ərzində yalnız iki klubun baş məşqçisi olub. Qurbanov 150-ci qələbəsini qazandığı oyundakı rəqib “Neftçi”də başladığı çalışdırıcılıq karyerasındakı çempionat oyunlarında 19 qələbə qazanıb. 2006-07-ci illərdə baş məşqçisi olduğu “Neftçi”dən fərqli, “Qarabağ”da daha uzun müddət – 2008-ci ildən indiyədək çalışan Qurbanov bu klubla Premyer Liqada 131 qələbə əldə edib. Qurbanov Azərbaycan çempionatlarındakı qələbə sayında baş məşqçilər arasında 5-ci pillədədir.