Çempionlar Liqası: hakimlər bəlli oldu - İdman Xəbərləri
Ən yeni idman xəbərləri
Çempionlar Liqası: hakimlər bəlli oldu
Çempionlar Liqası: hakimlər bəlli oldu
[22.02.2016]
Çempionlar Liqasının 1/8 final mərhələsinin bu həftə keçiriləcək 4 oyununun hakimləri müəyyənləşib.
Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 23-24 fevral tarixlərində baş tutacaq oyunlara Türkiyə, İngiltərə, İtaliya və İspaniyadan olan hakimlər briqadası təyinat alıb.
23 fevral "Arsenal" (İngiltərə) - "Barselona" (İspaniya) Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongun və Cem Satman (hamısı Türkiyə) "Yuventus" (İtaliya) - "Bavariya" (Almaniya) Hakimlər: Martin Atkinson, Maykl Mullaki, Steven Çayld və Qari Besvik (hamısı İngiltərə)
24 fevral PSV (Hollandiya) - "Atletiko" (Madrid, İspaniya) Hakimlər: Daniel Osrato, Lorenzo Manqanelli, Rikardo de Fiore və Elenito Di Liberatore (hamısı İtaliya) "Dinamo" (Kiyev, Ukrayna) - "Mançester Siti" (İngiltərə) Hakimlər: Antonio Matye Lahoz, Pau Sebrian Devis, Roberto del Palomar, Raul Kabanero (hamısı İspaniya)