Ermin Zets: "Bombardir yox, ata olacağam" - İdman Xəbərləri Ermin Zets: "Bombardir yox, ata olacağam" - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Ermin Zets: "Bombardir yox, ata olacağam"

Ermin Zets: "Bombardir yox, ata olacağam"

[22.02.2016]
Ermin Zets: "Bombardir yox, ata olacağam" "Mən qol vurmaqla komandamın yekunda qələbə qazanmasına çalışıram. Özümün bombardir olmağım üçün üçün yox. Bəli, qollar vururam. Ancaq bu, bütün komandanın uğurudur”.

Qol.Az-ın Sportnet.az-a istinadən verdiyi məlumata görə, bunu "Qəbələ”nin bosniyalı hücumçusu Ermin Zets deyib.
"Qırmızı-qaralar”ın qış fasiləsindən sonra uğurlu çıxışında vurduğu qələbə topları ilə böyük pay sahibi olan 28 yaşlı futbolçu gələcəyə nikbin baxır. Zetsin fikrincə, cari mövsümdə şərəfini qoruduğu komandasının çempion olması realdır: "Mövsümün sonunda birinci olacağımıza inanırıq. Allahın köməyi ilə son oyuna qədər bu yolda mübarizəmizi davam etdirəcəyik. Azərbaycan Premyer Liqası yüksək keyfiyyətə və potensiala malikdir. Əlbəttə, bundan daha yaxşı da ola bilər”.
Fevralın 18-də ad günü olan Zetsin 28 yaşı tamam olub. Doğum gününü yüksək əhval-ruhiyyədə qeyd edən bosniyalı legioner bu ildən şəxsi planda da uğurlar gözləyir: "Bu il mənim üçün ən gözəl ildir. Çünki ata olacağam. Bu həyatda etdiyim hər şeyə görə xoşbəxtəm. Nə daha böyük uğurlar qazana biləcəyimdən, nə də bundan daha pis ola biləcəyindən danışmaq istəyirəm. Təkcə onu deyə bilərəm ki, bu il xoşbəxtəm. Ümidvaram ki, ilin sonunda da belə olacaq. Eyni zamanda yığmada ölkəmi təmsil etmək ən böyük uğurumdur”.
Qeyd edək ki, "Qəbələ”nin çempionatda bombardiri 6 qolla ukraynalı hücumçusu Aleksey Antonovdur. Onun ən yaxın izləyicisi (5 qol) olan Ermin Zets ölkə kubokunu da nəzərə alsaq, 6 dəfə fərqlənib.



Dostlarınla Paylaş

Saytda 134 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022