"Qarabağ adını gündəmə gətirib, maliyyə axtarmaq doğru deyil" - İdman Xəbərləri "Qarabağ adını gündəmə gətirib, maliyyə axtarmaq doğru deyil" - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Qarabağ adını gündəmə gətirib, maliyyə axtarmaq doğru deyil"

"Qarabağ adını gündəmə gətirib, maliyyə axtarmaq doğru deyil"

[22.02.2016]
"Qarabağ adını gündəmə gətirib, maliyyə axtarmaq doğru deyil" Moskvada yaşayan azərbaycanlıların yaratdığı və həvəskar liqada çıxış edən “Qarabağ Moskva” futzal klubunu ermənilərin almaq istəməsi haqda müzakirələrə millət vəkili Fazil Mustafa da qoşulub.
Qol.Az-ın musavat.com saytına istinadən yaydığı məlumata görə, Fazil Mustafa maliyyə məsələsini həll etmədən “Qarabağ” adlı klubun yaradılmasından və indiki vəziyyətdən narazılığə bildirib.

Deputatın sözlərinə görə, plansız şəkildə görülən bir işdən sonra Qarabağ adını gündəmə gətirib, maliyyə axtarmaq doğru deyil. Qarabağ adlı klubumuzun olduğuna diqqət çəkən F.Mustafa real işlərin görülməsinin vacib olduğunu deyir:
“Təşəbbüs yaxşıdır, amma inkanlar daxilində etmək lazımdır. Bu cür prosesə girən adam gərək gəlir-çıxarını hesablasın. Əgər AFFA-dan yardım gözləyirlərsə, bu, doğru deyil. AFFA bu gün diqqəti uşaq futboluna, Azərbaycan futboluna yönəltməlidir. “Bakı” futbol klubu ilə bağlı məsələ qaldırmışdıq ki, 300-dən çox uşaq artıq futboldan uzaqlaşa bilər. Kənarda hansısa təbliğat məqsədi ilə klub yaratmaq əvəzində ölkə futboluna diqqət ayırmaq lazımdır. Ağdamın “Qarabağ” futbol klubu ölkənin və Qarabağ adının təbliğat missiyasını öz üzərinə götürüb və bunu layiqincə də yerinə yetirir. Elə əlavə gücü bu kluba yönləndirib, Avropada daha böyük uğur qazanmasına yardım etmək və daha real işlər üzərində düşünmək lazımdır”.



Dostlarınla Paylaş

Saytda 246 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022