Arsen Venger: "Barselona" ideal komanda deyil" - İdman Xəbərləri Arsen Venger: "Barselona" ideal komanda deyil" - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Arsen Venger: "Barselona" ideal komanda deyil"

Arsen Venger: "Barselona" ideal komanda deyil"

[22.02.2016]
Arsen Venger: "Barselona" ideal komanda deyil" "Arsenal"ın baş məşqçisi Arsen Venger Çempionlar Liqasının  1/8 finalında "Barselona" ilə oyun öncəsi mətbuat konfransı keçirib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı mütəxəssis meydana qələbə üçün çıxacaqlarını deyib:
"Bütünü gücümüzü göstərmək üçün fürsətimiz var. Müdafiədə yaxşı oynamalıyıq. Futbolçularımın zəkasına güvənirəm. Keçmişdəki səhvlərimizdən nəticə çıxarmalıyıq".
Təcrübəli mütəxəssis "Barselona"nın ideal komanda olmadığını bildirib:
"Özümüzə inanmalıyıq. Dünyada heç bir komanda ideal deyil. Bütün şanslardan istifadə etməyə çalışacağıq".
Qeyd edək ki, "Arsenal" - "Barselona" oyunu sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.



Dostlarınla Paylaş

Saytda 142 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022