Terri PSJ-yə qarşı oynayacaq? – Hiddink açıqladı - İdman Xəbərləri
Ən yeni idman xəbərləri
Terri PSJ-yə qarşı oynayacaq? – Hiddink açıqladı
Terri PSJ-yə qarşı oynayacaq? – Hiddink açıqladı
[22.02.2016]
"Çelsi"nin kapitanı Con Terri Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab qarşılaşmasında iştirak edəcək.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə London klubunun baş məşqçisi Quus Hiddink məlumat verib. O deyib ki, zədəli 35 yaşlı oyunçu Paris təmsilçisi ilə oyuna kimi hazır olacaq:
"Terri "Sauthempton"a qarşı oynamayacaq. Ancaq o, PSJ ilə matça kimi hazır olacaq".
Qeyd edək ki, Terri zədə səbəbindən PSJ ilə ilk görüşü buraxmışdı.
Əlavə edək ki, "Çelsi" - PSJ oyunu martın 9-u keçiriləcək.