İspaniya kubokunun final oyununun stadionu müəyyənləşdi - İdman Xəbərləri
Ən yeni idman xəbərləri
İspaniya kubokunun final oyununun stadionu müəyyənləşdi
İspaniya kubokunun final oyununun stadionu müəyyənləşdi
[22.02.2016]
İspaniya kubokunun final oyununun keçiriləcəyi stadion müəyyənləşib.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "Barselona" və "Sevilya" arasında oynanılacaq həlledici matç "Atletiko"nun ev oyunlarını keçirdiyi "Visente Kalderon" stadionunda baş tutacaq.
Qeyd edək ki, kubokun finalı mayın 22-i keçiriləcək.
Əlavə edək ki, "Visente Kalderon" stadionu 54 min 960 tamaşaçı tutumuna malikdir.