Aleksey Qay: "Bizi yalnız qələbə qane edir" - İdman Xəbərləri Aleksey Qay: "Bizi yalnız qələbə qane edir" - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

Aleksey Qay: "Bizi yalnız qələbə qane edir"

Aleksey Qay: "Bizi yalnız qələbə qane edir"

[23.02.2016]
Aleksey Qay: "Bizi yalnız qələbə qane edir" “Qələbə qazanmaqla hesabımıza 3 xal əlavə etdik. Düşünürəm ki, “Rəvan”a qalib gəlməyimiz müsbət emosiyalar yaratdı. Buna görə də qələbə sevindiricidir".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin futbolçusu Aleksey Qay klubun rəsmi saytına açıqlamasında deyib.

Topaz Premyer Liqasının XXII turunda səfərdə “Rəvan”a qalib gəldikləri oyun (1:0) haqda danışan ukraynalı futbolçu bunları deyib: "Matç həm də üzərində çalışmalı olduğumuz məqamları ortaya çıxardı. Onların üzərində işləyəcəyik. Bu qarşılaşmada qalib gəlmək heç də asan olmadı. Lakin əsas 3 xal idi ki, onu da əldə etdik. Rəqibin matçın hansısa bölümündə bizdən yaxşı oynadığını deyə bilmərəm.

Müdafiəyə daha çox diqqət ayıran komandalara qarşı çətin olur. Matç ərzində bir neçə dəfə fərqlənmək üçün imkan əldə etsəm də, zərbələrimdə dəqiqlik çatmadı. Buna o qədər də üzülmürəm. Çünki komandamızın qələbəsi daha vacibdir. Meydana 3 xal üçün çıxmışdıq ki, bunun da öhdəsindən gəldik. Artıq 3 turdur qalib gəlirik. Növbəti turun “Xəzər Lənkəran”la matçında da qələbə qazanmağa çalışacağıq. Bizi həmin matçda da yalnız qələbə qane edir".



Dostlarınla Paylaş

Saytda 85 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022